Seksual Qısnamaya Son Qoy!

7 May

215368_169114776476900_7024823_n 578210_416922764997705_2063955908_n

 

 

 

 

sex_harassment_sm

 

 

    Young Women’s Network şəbəkəsi

 

Layihə: Seksual Qısnamaya Son Qoy!

Layihə rəhbəri: Jalə Ələkbərova

Layihə İcraçıları: Məleykə Vəliyeva

                           İncə Əlisoy

                           Xəyalə Nadir

                           Nazəni Hüseynova

                           Səbinə Nəzərova

                           Leyla Bağırova

                           Ceyran Yusifova 

                           Samira Hüseynova

                           Nilüfər Məmmədova

 

        Seksual Qisnamaya Son Qoy!

 Təhsilin gücləndiyi, savadı ilə müasirliyə doğru addımlayan ölkəmizdə sanki hələdə nə isə əksiklik var. 21 ci əsirdir, ölkələr inanılmaz dərəcədə müasirləşib, lakin hələ də müasirləşməyən nələr isə var. Bir çox xarici ölkələrdə küçədə gəzən insanlar bir- birilərinə gözucu olsa belə baxmırlar. Hər kəs öz həyatını yaşayır. Bunun müasirliklə çox əlaqəsi var.Müasir insan başqasının həyatı ilə yox yalnız öz həyatı ilə maraqlanır. Azərbaycanda isə insanların düşünmə və yaşayış tərzi bir qədər fərqlidir. Əlbətdə ki,bunu hamıya aid etmək olmaz.

Gənclərimizin (bəzilərinin təbii ki) küçədə tanımadıqları bir xanıma bu cür münasibəti həqiqətəndə ağıla sığmazdır.Necə ola bilər ki,tanımadığınız,adını belə bilmədiyiniz,kimliyindən ümumiyyətlə xəbərinizin belə olmadığı bir xanıma qarşı bu cür rəftar edirsiz? Hətta bunu etdiyiniz üçün öz- özünüzlə fəxr edirsiz.Həqiqətən müasir zamanda bu cür hallar çox gülüncdür. Azərbaycanda bir xanımın küçədə istədiyi kimi rahat gəzə bilməməsi də gülüncdür.Hər kəs öz həyatını yaşayır.Bəzən bəhanə gətirirlər ki, “geyiminə fikir vermiyən xanımlara daha çox söz atırıq” və ya “buna özü şərait yaradır” kimi sözlərlə özünüzə haqq qazandırırsız. Bu fikir heç vaxt insanlar tərəfindən öz doğruluğunu tapmayacaqdır.

Hər kəsin geyimi özünə görə doğrudur. Kim necə istəyirsə elə geyinib,istədiyi kimi də hərəkət edə bilər.Kənar şəxsin buna yüksək səslə müdaxiləsi həqiqətən gülüncdür. Əlbəttdə ola bilər ki hər hansı bir qızın geyimi sizə görə çox açıq-saçıqdır. Lakin bu o demək deyil ki, siz ona söz atıbç alçaldmaq hüququna maliksiz.

Cinsi təcavüz fiziki, psixoloji, seksual zərər getirən və qadinlara əziyyət verən ,o cümlədən ictimai və özəl həyatda azadlığın məhdudlaşdırılması, zorakılıq aktı kimi qəbul edilir. Beləliklə, cinsi təcavüz əsasında tabelik münasibəti olan cinsi diskriminasiyasının bir növüdür. Mahiyyətin əsasında olan əhəmiyyətli meyarlardan biri təcavüz obyektinə qarşı tədbirin arzu olunmamazlıq faktıdır və razılıq olmamasıdır. Həmdə , nəzərə almalıyıq ki, cinsi təcavüz qurbanı olmaq üçün, obyekt olmağımız mütləq deyil. “Təhqiramiz davranışın təsir edən adam” olmaq kifayətdir.

Cinsi təcavüzə daxil olanlar aşağıdakılardır: arzu olunmaz seksual təkliflər və ya onların qəbul və rədd edilməsi dolayı və rəsmi yolla vəzifəyə bir başa təsir göstərən və düşmən mühiti yaradan hər hansı bir verbal və ya fiziki davranış.

İşdə idarə ilə arzu olunmaz hər hansı bir cinsi əlaqə, əgər bu kontakt təhdid və vezifəni dəyişmək vədləri ilə müşait olunur və əgər bu şəxs bu təhdidləri və vədləri yərinə yətirməyə qadirdirsə.

Həmkarı ilə işdə hər hansı bir arzu olunmaz cinsi əlaqəç təhqir edici seksual atmosferin yaradılması, yəni zarafatlar, şərhlər və shəkillər.

Cəmiyyətin düşüncəsindən qorxub, qınağından çəkindikcə biz xanımlar öz hüquqlarımızı heç vaxt qoruya bilməyəcəyik. Cəmiyyətin yalnış düşüncələrindən qorxmayıb, o düşüncələrin üzərinə getsək, öz doğrularımızla hərəkət edib cəmiyyətdəki bu kimi problemlərin həllinə başlaya bilərik. Cəmiyyətin fikirləri tükənməzdir, lakin cəmiyyətin bu kimi fikirlərini müasir zamana ayaq uydurması üçün öz doğrularımızdan əsla dönməməliyik. Hər kəsin özünə cavabdeh olduğu bu dövrdə kiminsə təsiri altında hərəkət edərək, biz xanımlar heç vaxt öz hüquqlarımızı qoruya bilməyəcəyik. Ona görə də doğrularımız cəmiyyətin fikrindən bizim üçün daha vacib olmalıdır. Bunun üçün isə biz ilk öncə öz hüquqlarımızı bilməliyik.

Azərbaycan respublikasinin qanunvericiliyinde zorakiliga qarsi qanunlarda vardir ki ,aşağıda qeyd edilib

Maddə 150. Seksual xarakterli zorakılıq hərəkətləri

Maddə 151. Seksual xarakterli hərəkətlərə məcbur etmə

Maddə 60-1. Seksual qısnamaya meruz qalmış işçilərə qarşı təyziqin göstərilməsi.
Seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə qarşı təyziqin göstərilməsinə və ya işçinin təqib olunmasına görə-vəzifəli şəxslər 70 azn – 90 azn-dek cərimə edilirlər.

Öz hüquqlarımızı bilək ki, önümüzdəki bütün əngəlləri aşaq və müasir, xoşbəxt gələcəyə doğru irəlləyək.

Stop Sexual Harassment! sh 001az sh 002 sh 002az sh 004 sh 004az sh 005 az sh 005

    

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: